QUSARDA OLİMPİYA İDMAN KOMPLEKSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Qusar şəhərində Olimpiya İdman Kompleksinin açılışı olmuşdur.
Mərasimdə iştirak edən Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi və komplekslə tanış oldu.
Şəhərin ən mənzərəli yerində, meşə kənarında tikilmiş bu kompleksin təməli 2005-ci ilin iyulunda Azərbaycan Prezidenti tərəfindən qoyulmuşdu.
14 hektar ərazidə yerləşən kompleksin əsas korpusunun ümumi sahəsi 5 min kvadratmetrdir. Bu korpusda universal 1530 və 450 yerlik tribunaları olan iki idman salonu, 25 metrlik üzgüçülük hovuzu, stolüstü oyunlar üçün otaqlar, trenajor salonu, yeməkxana, yardımçı otaqlar yerləşir. Üzgüçülük hovuzunda isə yarışları 316 nəfər izləyə biləcəkdir.
Kompleksin ərazində iki ədəd tennis kortu və dördnəfərlik kotteclər yerləşir. Ərazidə geniş və yaraşıqlı istirahət parkı salınmışdır.
Prezident İlham Əliyev gənclərin nümunəvi çıxışlarını izlədi, kompleksin ərazisini gəzdi.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




