QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 27-də Bakının “Təzə bazar” MMC, 6 nömrəli ticarət mərkəzi, Keşlə, Sabunçu və Badamdar qəsəbələrinin ərazilərində quşçuluq məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri yarmarkalar paytaxt əhalisinin bu məhsullara tələbatının daha dolğun ödənilməsi və qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.
“Təzə bazar” MMC-nin ərazisindəki yarmarkaya 2 mindən çox yumurta gətirdiyini deyən Hacıqabul quşçuluq fabrikinin işçisi İlqar Nağdalıyev yumurtanın birini 11-12 qəpiyə satırdı. O, yarmarkaya hər həftə yumurta gətirdiyini bildirdi.
Alıcılar yumurtanın keyfiyyətli, qiymətinin bazardakından ucuz olduğunu bildirir, yarmarkanın təşkilatçılarına minnətdarlıq edirdilər.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, bu gün şəhərin yarmarkalarında satışa 5 ton toyuq əti və 500 minə yaxın yumurta çıxarılmışdır. Satış-yarmarkalar şənbə və bazar günləri də davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]