RAMİN İBRAHİMOV CÜDO ÜZRƏ AVROPA ÇEMPİONU OLMUŞDUR
Bakı, 4 iyul (AZƏRTAC). Macarıstanın Debretsen şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan cüdoçusı-paralimpiyaçısı Ramin İbrahimov qızıl medal qazanmışdır. O, gözdən zəif idmançılar arasında Azərbaycan yığmasında 60 kiloqram çəki dərəcəsində ilk medalın sahibi olmuşdur.
Digər idmançılarımız Ramin Əliyev və Natiq Novruzzadə üçüncü yer uğrunda mübarizə aparmışlar. Nəticədə bürünc medalı N.Novruzzadə əldə etmişdir. Beşinci yeri öz çəki dərəcələrində İlkin Əlişev (66 kq) və Ramion Əliyev (73 kq) tutmuşlar. Ceyhun Muradov (60 kq) isə yeddinci yerlə kifayətlənmişdir.
İyulun 4-də 81, 90, 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində daha 6 Azərbaycan idmançısı mübarizəyə qoşulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]