Rəcəb Tayyib Ərdoğan: İnkişaf etmiş təhsil sistemi Türkiyənin irəliləyişinin “lokomotivi”dir
Ankara, 19 mart, AZƏRTAC
Güclü cəmiyyətə, güclü və inkişaf edən dövlətə aparan yol inkişaf etmiş təhsil sistemindən keçir. Məhz müasir kadr bazası ölkələrin uğurlarının və irəliləyişinin əsasını təşkil edir ki, bu da müəllim peşəsinin əhəmiyyətini bir daha vurğulayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada müəllimlərin iştirakı ilə keçirilən iftar zamanı bildirib.
O, müəllimləri son onilliklərdə Türkiyənin uğurlarının “lokomotivi” adlandırıb.
“Millətin böyüklüyü təkcə tarixi qələbələrlə deyil, həm də kifayət qədər savadlı və yaxşı hazırlanmış kadrların olması ilə müəyyən olunur. Buna yalnız dövrün tələblərinə cavab verən təhsil sisteminə xüsusi diqqət yetirməklə nail olmaq mümkündür”, – deyə dövlət başçısı bildirib.
Bununla yanaşı, Türkiyə Prezidenti təhsil sistemi əməkdaşlarına qarşı hörmətsizlik və zorakılıq hallarının yolverilməz olduğunu qeyd edib: “Zorakılıq hallarına qarşı heç bir halda səbr etmək olmaz”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]