Regional direktor: Azərbaycanda dövlət müəssisələrinin innovasiya ekosistemi ilə əməkdaşlığı genişləndirilməlidir
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycanda dövlət müəssisələrinin innovasiya ekosistemi ilə əməkdaşlığının genişləndirilməsi ölkənin innovasiya potensialının inkişafına mühüm töhfə verə bilər.
AZƏRTAC xəbər verir ki, bunu “Plug & Play” şirkətinin regional direktoru Alfredo Soria jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan innovasiya, sahibkarlıq və startapların inkişafı baxımından mühüm mərhələdədir: “Bu istiqamətdə keçirilən tədbirlər dövlət müəssisələrinin və bütövlükdə yerli biznes ekosisteminin innovasiya imkanlarının inkişafına şərait yaradır”.
A.Soria qeyd edib ki, “Plug & Play” Azərbaycana beynəlxalq təcrübə və yeni yanaşmalar gətirməklə yerli innovasiya ekosisteminin inkişafına dəstək göstərməkdə maraqlıdır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq bu baxımdan mühüm əhəmiyyət daşıyır.
“İnnovasiya qapalı şəkildə, yalnız korporasiyanın daxilində həyata keçirilə bilməz. Azərbaycanda dövlət müəssisələri innovasiya ekosistemi, o cümlədən startaplar və texnologiya şirkətləri ilə daha fəal əməkdaşlıq etməlidirlər”, – deyə regional direktor bildirib.
O vurğulayıb ki, bu əməkdaşlığın əsas məqsədi yalnız maliyyə nəticələri əldə etmək deyil, həm də Azərbaycan vətəndaşlarına daha keyfiyyətli xidmətlərin təqdim edilməsinə və real fayda yaradılmasına nail olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [14:23]
“Daşınmaz əmlakın dövlət kadastrının aparılması Qaydaları” təsdiqlənib
- 02.09.2026 [13:52]
® “Azercell” təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir
- 02.09.2026 [13:29]
“Azexport.az” beynəlxalq mükafata layiq görülüb
- 02.09.2026 [12:48]
Peşəkar Mühasib Sertifikatı alanların sayı 7282 nəfərə çatıb
- 02.09.2026 [11:59]
Avropada təbii qazın qiyməti ardıcıl üçüncü gündür artır
- 02.09.2026 [10:50]