Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də - Ulu Öndər Heydər Əliyevin anım günündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ziyarətçilər Ulu Öndərin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.