Rəşad Aslanov: Zəfərə 2 saat qalmış yaralandım VİDEO
Bakı, 19 oktyabr, AZƏRTAC
Zəfərlə bitən 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizdən biri də Rəşad Əmirbəy oğlu Aslanovdur. Xüsusi təyinatlı qüvvələrin tərkibində döyüşlərə qatılan müsahibimiz Şuşanın azadlığı uğrunda aparılan əməliyyatlarda iştirak edib. O, şəhərin azad edilməsi zamanı göstərdiyi şücaətlə yadda qalıb.
Döyüşlərdəki igidliyinə görə “Qarabağ” ordeni, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Onun döyüş yolu Vətən uğrunda fədakarlığın və qələbə əzminin nümunəsidir.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.