ELM VƏ TƏHSİL
Rəsədxana: Payız fəsli Azərbaycana sentyabrın 23-də saat 10:49-da daxil olacaq

Bakı, 22 sentyabr, AZƏRTAC
Payız fəsli Azərbaycana sentyabrın 23-də saat 10:49-da daxil olacaq.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu zaman Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində isə yaz fəsli başlayacaq. Həmin gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşəcək və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olacaq.
Qeyd edək ki, Şimal yarımkürəsində payız fəsli dekabrın 22-nə qədər davam edəcək. Dekabrın 22-i saat 07:27-də qış fəsli payızı əvəz edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.12.2023 [18:31]
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi
- 06.12.2023 [18:30]
AzTU tələbəsi dünya çempionatında gümüş medal qazanıb
- 06.12.2023 [18:17]
Avrasiya Patent Təşkilatının İnzibati Şurasının növbəti iclası keçirilir
- 06.12.2023 [17:39]
“Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” - konfrans
- 06.12.2023 [17:17]