Rəsmi Kanberra strateji yanacaq ehtiyatının yaradılmasına 94 milyon Avstraliya dolları xərcləyəcək
Tokio, 22 aprel, AZƏRTAC
Rəsmi Kanberra strateji yanacaq ehtiyatının yaradılmasına 94 milyon Avstraliya dolları sərf edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “ABC” telekanalı Avstraliyanın Energetika naziri Anqus Teylora istinadla məlumat yayıb.
Nazirin bildirdiyinə görə, Avstraliya dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar əlverişli imkandan istifadə edərək milli strateji ehtiyat yaradacaq. “Hazırda yanacaq almağın vaxtıdır və biz bunu edəcəyik”, - deyə nazir vurğulayıb.
Avstraliyanın biraylıq yanacaq ehtiyatına malik olduğunu əlavə edən A.Teylor bildirib ki, hökumət gələcək qlobal böhranla əlaqədar ölkənin təhlükəsizliyini təmin etməyə çalışır. Bu məqsədlə hökumət 94 milyon Avstraliya dolları (təqribən 59,2 milyon ABŞ dolları) məbləğində vəsait ayıracaq.
Hazırda Avstraliyada olan yanacaq anbarlarının dolu olduğunu bildirən nazir, strateji ehtiyatın ilkin mərhələdə ABŞ ərazisində saxlanılacağını da deyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]