RESPUBLİKA GÜNÜNÜ YAPONİYADA YAŞAYAN SOYDAŞLARIMIZ DA TƏNTƏNƏ İLƏ QEYD EDƏCƏKLƏR
Yaponiyanın Osaka şəhərində fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin sədri Rəhman Şahhüseynli AZƏRTAC-a bildirmişdir ki, bayram münasibətilə bir sıra tədbirlər keçiriləcəkdir. Bayram ərəfəsində Cəmiyyətin “Qafqaz-Xəzər Salonu” adlı Azərbaycanı tanıtım-təbliğat proqramının açılışı olmuşdur. Proqramın başlanğıcı kimi, mayın 27-də Osakada Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş seminar keçiriləcəkdir. Seminarda Azərbaycanın dövlətçilik tarixi, 1918-ci il mayın 28-də Şərq aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı və bu tarixin ölkəmizdə təntənə ilə qeyd olunduğu barədə Yaponiya ictimaiyyətinə ətraflı məlumat veriləcəkdir.
Yaponiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edir, əmin-amanlıq, sülh və səadət arzulayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]