Respublika Seysmoloji Xidmət Mərkəzində Elm Gününə həsr olunmuş konfrans-sərgi keçiriləcək
Bakı, 16 mart, AZƏRTAC
Martın 29-da Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Elm Günü çərçivəsində Şamaxı zəlzələsinin 120 illiyinə həsr olunmuş konfrans-sərgi keçiriləcək.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən həyata keçiriləcək konfrans-sərgidə Azərbaycanda son 120 ildə seysmik müşahidələrin aparılmasında istifadə olunmuş cihaz və avadanlıqlara dair təqdimat nümayiş etdiriləcək. Konfransda 1902-ci il Şamaxı zəlzələsi, Azərbaycandakı seysmik vəziyyətin hazırkı səviyyəsi, beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilən yeni seysmik stansiyaların quraşdırılması və fəaliyyətinə dair məruzələr təqdim olunacaq.
Tədbirdə ali məktəb tələbələri, yer elmləri sahəsi ilə məşğul olan alim və mütəxəssislər, eləcə də media nümayəndələri iştirak edə bilərlər.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən hər il martın 27-i Azərbaycanda Elm Günü kimi qeyd edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]