CƏMİYYƏT
Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Qırğızıstanda aparılan tədqiqatlarda iştirak edib
![](/files/galleryphoto/2022/2/1200x630/16595219432056434231_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16595219432314555728_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16595219433691617951_1200x630.jpg)
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) və Böyük Britaniyanın Oksford Universiteti arasında olan anlaşma memorandumu çərçivəsində birgə aparılan paleoseysmoloji tədqiqatlar davam etdirilir.
AZƏRTAC RSXM-nin İnformasiya şöbəsinə istinadla bildirir ki, NATO-nun beynəlxalq layihəsi çərçivəsində Qırğızıstan Respublikasının Şimali Tyan-Şan dağ silsilələrində, Aksu qırılmasının aktivliyini və onun 1911-ci ildə baş vermiş zəlzələ ilə əlaqəsini müəyyən etmək üçün paleoseysmoloji çöl işləri aparılıb. Birgə aparılan tədqiqatlarda Azərbaycanı RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova təmsil edib. Çöl işlərində Böyük Britaniyanın Oksford Universitetinin, Arizona Universitetinin, Kaliforniya Universitetinin, Qırğızıstan Seysmologiya İnstitutunun, Marsel Universitetinin əməkdaşları, eləcə də Qazaxıstan və Monqolustandan nümayəndələr iştirak ediblər.
Çöl işləri Oksford Universitetinin professoru Riçard Voalker və Arizona Universitetinin professoru Ramon Arrousmithin rəhbərliyi altında aparılıb.