Respublikanın əksər çaylarında sululuq artıb
Bakı, 4 aprel, AZƏRTAC
Ötən gün ərzində bəzi yerlərdə yağan intensiv yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb, Göyçay çayından isə qısamüddətli daşqın keçib. Aprelin 4-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-40 faizini təşkil edib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 265 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 7 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 156 kubmetr olub. Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən artdığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 15 santimetr azalıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 458, Şirvanda 339, Salyanda 260, Bankədə 215, Novruzlu məntəqəsində isə 155 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]