Rəssamlar İttifaqında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi açılmışdır
Bakı, 30 mart (AZƏRTAC). 31 mart - Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Həmin gün ərəfəsində Azərbaycanda və xaricdə, erməni quldur dəstələrinin 1918-ci ilin martında Bakı quberniyasında törətdikləri qırğınların qurbanlarının xatirəsinə həsr olunmuş bir çox tədbirlər keçirilir.
Martın 30-da Vəcihə Səmədova adına Sərgi Salonunda faciəli hadisələrə həsr edilmiş ekspozisiya açılmışdır. Ekspozisiya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Rəssamlar İttifaqı ilə birlikdə təşkil olunmuşdur.
Sərginin açılışında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev demişdir ki, bu mövzu tükənməzdir. Hər il rəssamlarımız yeni əsərlər yaradırlar, müsabiqələr keçirilir. Keçən il müsabiqəyə 120 iş təqdim edilmişdi. Onlardan 35-i qalib olmuşdu.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq Rəssamı Salxab Məmmədov qeyd etmişdir ki, indiki müsabiqədə mart hadisələrinə və Xocalı soyqırımına həsr olunmuş 100 iş iştirak etmişdir.
29 müəllif müsabiqənin qalibi olmuşdur. Onların işləri dörd nominasiyada - rəssamlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nominasiyalarında ən yaxşı işlər kimi təsdiq edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]