Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Riyaziyyat fənninə xüsusi marağı ilə seçilən 8-9-cu sinif şagirdləri arasında cari tədris ilində olimpiadalara hazırlıq üzrə aşağı yaş qrupu komandasının formalaşdırılması məqsədilə seçmə imtahanı keçirilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, imtahan Fizika, riyaziyyat və informatika təmayüllü liseydə baş tutub. Seçmə imtahanına əvvəlki tədris ilində riyaziyyat fənnindən Məktəblilərarası fənn müsabiqələrində qalib olan 7-ci sinif şagirdləri və 5 oktyabrda təşkil olunan birinci mərhələdə 80 faiz və daha yuxarı nəticə göstərən iştirakçılar dəvət olunub.