Roma Papası: Aralıq dənizi nəhəng qəbiristanlığa çevrilib
Vatikan, 23 sentyabr, AZƏRTAC
Aralıq dənizi nəhəng qəbiristanlığa çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk 44-cü apostol səfərinə getdiyi Fransada deyib.
Papa Fransisk Marsel şəhərində dənizdə həlak olan mühacirlər və dənizçilər üçün tikilmiş abidəni ziyarət edib.
“Dəniz həyat mənbəyidir, eyni zamanda, insanların ölümü ilə nəticələnən gəmi qəzalarının faciəsini xatırladır. Bu möhtəşəm dəniz nəhəng bir qəbiristanlığa çevrilib. Dənizdə həlak olanlar sadəcə rəqəm kimi sayılmamalıdır. Həmin insanların hər birinin adları, soyadları və hekayələri var. Ürəklərində daşıdıqları ümidlərlə dənizdə boğulan bütün bacı-qardaşlarımızı düşünürəm. Belə bir faciə ilə üzləşmişik və sözlər kifayət etmir, lazımi tədbirləri həyata keçirmək zəruridir. Lakin bütün bunlardan əvvəl insanlıq lazımdır. Çünki dənizdə boğulmaq təhlükəsi ilə üzləşənləri xilas etmək insanlıq borcudur”, - deyə Roma Papası vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]