Roman Qriqorçuk: Uğursuz nəticələrdən sonra ən yaxşı qərar “Neftçi”dən ayrılmaq idi
Bakı, 16 oktyabr, AZƏRTAC
“Azərbaycana bir məqsədlə getmişdim. Premyer Liqanın qalibi olub Çempionlar Liqasında oynayacağımızı ümid edirdim”.
AZƏRTAC xəbər verir ki, bu sözləri bir müddət öncə “Neftçi”də baş məşqçi vəzifəsindən istefa verən Roman Qriqorçuk Ukrayna mətbuatına açıqlamasında deyib.
59 yaşlı mütəxəssis bildirib ki, uğursuz nəticələrdən sonra ən yaxşı addım klubla yolları ayırmaq idi: “Doqquz turdan sonra bir qələbəmiz belə, yox idi. Belə olan halda qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyduq. Həmin vaxt bundan daha yaxşı qərar qəbul oluna bilməzdi”.
Hazırda ölkəsi Ukraynada olduğunu söyləyən baş məşqçi “Neftçi”yə uğurlar arzulayıb.
Qeyd edək ki, Roman Qriqorçuk Azərbaycan təmsilçisi ilə bu mövsümün əvvəlində 2 illik müqavilə imzalamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]