Rostropoviçlərin ev-muzeyində növbəti tədbir 20 Yanvar faciəsinə həsr olunacaq
Bakı, 14 yanvar AZƏRTAC
Yanvarın 18-də Abdulla Şaiqin mənzil-muzeyi və Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş “Qan yaddaşı” adlı tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Rostropoviçlərin ev-muzeyində reallaşacaq tədbirə Mədəniyyət Nazirliyinin nümayəndələri, Bakı şəhərində yerləşən muzeylərin əməkdaşları, 58 nömrəli tam orta və Bülbül adına Orta İxtisas Musiqi məktəblərinin müəllim və şagirdləri, Qanlı Yanvar hadisələrinin canlı şahidləri dəvət olunublar.
Tədbirdə 58 nömrəli tam orta məktəbin şagirdləri mövzu ilə bağlı ədəbi-bədii kompozisiya təqdim edəcəklər. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri klassik musiqi nümunələri səsləndirəcəklər.
Tədbirdə, həmçinin mövzu ilə bağlı film və slayd-şou da nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]