Rubio: Məqsədimiz Ukraynada müharibəyə son qoymaqdır
Vaşinqton, 30 noyabr, AZƏRTAC
Bizim son məqsədimiz Ukraynada müharibəyə son qoymaqdır.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Floridada Ukrayna nümayəndə heyəti ilə görüşdə deyib.
O bildirib ki, müharibənin bitməsi vacibdir, çünki hər kəs qətllərin, ölümlərin və əzabların sonunu görmək istəyir.
“Əminəm ki, ukraynalılar da sülh istəyirlər. Bu, yalnız müharibəyə son qoymaq deyil. Bu, həm də müstəqil və suveren olmağa, bir daha müharibəyə başlamamağa və xalq üçün böyük rifah yaratmağa imkan verən bir mexanizm və irəliləyiş yolu tapmaqdır. Yəni məqsəd təkcə ölkəni bərpa etmək deyil, həm də iqtisadi tərəqqi dövrünə qədəm qoymaqdır. Ukrayna böyük iqtisadi potensiala malik bir ölkədir. Ukraynanın əsl rifah üçün böyük imkanları var”,- deyə Rubio əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]