Rubio: Rusiya ilə Ukrayna arasında danışıqları yenidən başlamaq üçün addımlar atılacaq
Vaşinqton, 2 avqust, AZƏRTAC
Prezident Donald Tramp çox aydın bildirib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiya-Ukrayna müharibəsinin sona çatmasında rol oynaya bilər. Biz yolları araşdırmağa davam edəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin Dövlət Katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.
O, ilk ildə bunun üçün çox vaxt sərf etdiklərini bildirib.
“Elə bir nöqtə gəldi ki, vəziyyət gərginləşdi, amma biz həmişə konstruktiv rol oynamağa hazır və istəkli idik. Prezident Donald Tramp dünyada Rusiya və Ukrayna tərəflərini bir araya gətirə və onları münaqişəyə son qoymaq barədə danışmağa vadar edə biləcək yeganə liderdir. Növbəti bir neçə həftə ərzində iki tərəf arasında danışıqları yenidən başlamaq və bu müharibəyə son qoya bilib-bilməyəcəyimizi görmək üçün bəzi addımlar atılacaq”,- deyə Rubio əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]