RUSİYA GÜRCÜSTANDAN HƏRBİ BAZALARINI ÇIXARMAQ ÜÇÜN 500 MİLYON DOLLAR İSTƏYİR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Rusiya Gürcüstan ərazisindəki hərbi bazalarını çıxarmaq üçün 500 milyon dollar istəmişdir. Həmin bazalar Batumi və əsasən ermənilərin məskunlaşdıqları Axalkalakidə yerləşir. Gürcüstan iqtidarının nümayəndələri bunu Rusiya tərəfinin İstanbul sazişinə əməl etməkdən boyun qaçırması kimi qiymətləndirmişlər. Gürcüstan prezidentinin səlahiyyətlərini icra edən Nino Burcanadze bildirmişdir ki, əgər Rusiya ölkənin ərazisindən hərbi bazalarını çıxararsa, Gürcüstan-Rusiya münasibətləri yeni müstəvi üzərinə keçirilib daha da yaxşılaşar.
Yeni seçilmiş Prezident Mixail Saakaşvili hələlik bu məsələyə münasibətini bildirməmişdir. O, yalnız demişdir ki, “biz rus zabit və əsgərlərinin ləyaqətinə toxunan hər hansı hərəkətə yol verməyəcəyik”. Müşahidəçilərin fikrincə, Saakaşvili Gürcüstan üçün vacib olan bu məsələyə konkret münasibətini yanvarın 25-dən, andiçmə mərasimindən sonra açıqlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]