RUSİYA GÜRCÜSTANDAN HƏRBİ BAZALARINI ÇIXARMAQ ÜÇÜN 500 MİLYON DOLLAR İSTƏYİR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Rusiya Gürcüstan ərazisindəki hərbi bazalarını çıxarmaq üçün 500 milyon dollar istəmişdir. Həmin bazalar Batumi və əsasən ermənilərin məskunlaşdıqları Axalkalakidə yerləşir. Gürcüstan iqtidarının nümayəndələri bunu Rusiya tərəfinin İstanbul sazişinə əməl etməkdən boyun qaçırması kimi qiymətləndirmişlər. Gürcüstan prezidentinin səlahiyyətlərini icra edən Nino Burcanadze bildirmişdir ki, əgər Rusiya ölkənin ərazisindən hərbi bazalarını çıxararsa, Gürcüstan-Rusiya münasibətləri yeni müstəvi üzərinə keçirilib daha da yaxşılaşar.
Prezident Mixail Saakaşvili hələlik bu məsələyə münasibətini bildirməmişdir. O, yalnız demişdir ki, “biz rus zabit və əsgərlərinin ləyaqətinə toxunan hər hansı hərəkətə yol verməyəcəyik”. Müşahidəçilərin fikrincə, Saakaşvili Gürcüstan üçün vacib olan bu məsələyə konkret münasibətini yanvarın 25-dən, andiçmə mərasimindən sonra açıqlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]