Rusiya ilin əvvəlindən bəri ən kütləvi dron hücumlarından birinə məruz qalıb
Moskva, 2 avqust, AZƏRTAC
Avqustun 2-də, gecə saatlarında Rusiya hava hücumundan müdafiə sistemləri bu ölkənin bölgələri üzərində Ukraynanın 635 pilotsuz uçuş aparatını məhv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
TASS agentliyinin məlumatına görə, Rusiyada gecə saatlarında bu ilin əvvəlindən bəri ən böyük dron hücumlarından biri qeydə alınıb.
Samara vilayətində dron hücumundan sonra “Wildberries” logistika kompleksində yanğın baş verib. İlkin məlumatlara görə, insan tələfatı yoxdur. Şirkət yanğınsöndürənlərin hadisə yerində olduğunu və sifarişlərin müvəqqəti olaraq digər logistika müəssisələri vasitəsilə qəbul edildiyini və göndərildiyini bildirib.
Saratov vilayətində dronlar iki çoxmənzilli binaya və bir neft emalı zavoduna düşüb. Regional hakimiyyət orqanlarının məlumatına görə, Saratov və Engelsdə mülki infrastruktura ziyan dəyib.
Hücum nəticəsində iki nəfərin öldüyü bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]