Rusiya komandası ikili mini-batut üzrə Avropa çempionu olub
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında ikili mini-batut növündə komandaların yarışında qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, kişilərin yarışında Rusiya yığması fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Portuqaliya ikinci, İspaniya komandası isə üçüncü yeri tutub.
Qadınların yarışında da rusiyalılar bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar. İkinci yerdə Böyük Britaniya yığması, üçüncü pillədə isə Portuqaliya millisi yer alıblar.