RUSİYA NATO İLƏ QARŞILIQLI ƏLAQƏLƏRİ YENİ MÜSTƏVİYƏ ÇIXARMAQ NİYYƏTİNDƏDİR
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirmişdir ki, Rusiya NATO ilə qarşılıqlı münasibətlərini yeni müstəvidə qurmağa hazırdır. Lakin bu zaman tərəflərin mövqeləri üst-üstə düşməyə də bilər.
Onun sözlərinə görə, xüsusilə “Rusiya ilə NATO-nun hərbi qüvvələrindən operativ istifadə olunması, texnogen qəzaların, təbii fəlakətlərin aradan qaldırılmasında onların birgə iştirakı məsələlərinin müzakirəsi” planlaşdırılır. Prezident “ NATO ilə KTMT (Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı) kimi inteqrasiya birliyi arasında birbaşa işgüzar əlaqələrin tənzimlənməsini” əməkdaşlığın daha bir istiqaməti adlandırmışdır.
V.Putin qeyd etmişdir ki, “bu təşkilat da NATO-nun özü kimi, qlobal və regional təhlükəsizlik sistemlərinin qarşılıqlı tamamlayıcı elementidir. Onların potensial qüvvələrindən birgə istifadə edilməsi xeyli müsbət səmərə verə bilər”.
Prezident demişdir ki, NATO ilə əlaqələrin gücləndirilməsini biz də istəyirik, alyansın rəhbərliyi də. Bununla bərabər, NATO ilə münasibət qurduğumuz zaman alyansda gedən transformasiyanı da nəzərə almaq lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [18:00]
ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluq və riyakarlıq nümunəsi VİDEO
- 12.05.2026 [15:53]
Natiq Məmmədli: Azərbaycan regionda öz gücü ilə sülh modeli formalaşdırıb
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]