Rusiya və Fransa xarici işlər nazirləri Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını müzakirə edəcəklər
Moskva, 28 iyun, AZƏRTAC
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransaya səfəri zamanı bu ölkənin xarici işlər naziri Jan-Mark Eyro ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr aparacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə məlumat verib.
O deyib: “ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Fransanın xarici siyasət idarələrinin rəhbərləri iyunun 29-da keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək, may ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda keçirilən görüşlərin nəticələri barədə fikir mübadiləsi aparacaqlar”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:47]
Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:03]
Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO
- 08.10.2026 [18:18]
Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
- 08.10.2026 [17:56]