Rusiyada koronavirusa gündəlik yoluxma sayı ilk dəfə 20 min nəfəri keçdi
Moskva, 6 noyabr, AZƏRTAC
Rusiyada bir gündə 20 582 nəfər koronavirus infeksiyasına yoluxub.
AZƏRTAC xəbər verir ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 1 733 440 nəfərə çatıb.
Bir gündə Rusiyada 16 955 nəfər sağalıb, 378 nəfər həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək koronavirusdan 1 296 124 xəstə sağalıb, 29 887 nəfər ölüb. Hazırda ölkədə 407 429 aktiv xəstə var.
Ən çox yoluxma halı (6253) Moskvada qeydə alınıb.
COVID-19 xəstələrinin sayına görə Rusiya hazırda dünyada dördüncü yerdədir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]