Rusiyalı mütəxəssis Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri keçib
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) arasındakı əməkdaşlıq haqqında müqaviləyə əsasən, QİTİS-in müəllimi Aydar Zakirov ADMİU-da olub.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, rusiyalı mütəxəssis Teatr sənəti fakültəsinin tələbələri üçün səhnə hərəkətləri ilə bağlı ustad dərsləri keçib.
Tələbələrin hazırlıqlarından məmnunluğunu qeyd edən Aydar Zakirov beş gün ərzində öz bilik və təcrübələrini tələbələrlə bölüşüb.