Rusiyalı tanınmış futbolçu 8 il müddətinə azadlıqdan məhrum edilə bilər
Bakı, 8 iyul, AZƏRTAC
Rusiya millisinin sabiq futbolçusu Fyodor Smolov 8 il müddətinə azadlıqdan məhrum edilə bilər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 35 yaşlı hücumçunun dava zamanı iş adamı Vladimir Kuzmiçyova xəsarət yetirməsidir.
Hadisə mayın 28-də Moskvadakı restoranların birində baş verib. Smolov yaxınlıqdakı masada əyləşən iki nəfərlə əvvəlcə mübahisə edib. Sonra isə tərəflər əlbəyaxa olublar. Bu zaman futbolçu yumruqla biznesmenin sifətinə zərbə vurub. İnsidentdən dərhal sonra zərərçəkmiş şəxs polisə müraciət edib.
Hazırda hüquq-mühafizə orqanları tibbi müayinənin nəticəsini gözləyir. Xəsarətlər ağır kimi qiymətləndirilsə, təcrübəli futbolçuya qarşı cinayət işi açılacaq.
Qeyd edək ki, Fyodor Smolov sosial şəbəkədə davaya görə üzr istəyib. Futbolçu bildirib ki, zərərçəkənlə barışmağa hazırdır, lakin üçüncü şəxslər onu şantaj etməyə başlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]