RUSİYANIN BİRİNCİ PREZİDENTİ BORİS YELTSİNİN KUBOKU UĞRUNDA VOLEYBOL TURNİRİNİN ADI DƏYİŞDİRİLƏCƏKDİR
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiyanın birinci
Prezidenti Boris Yeltsinin kuboku uğrunda beynəlxalq voleybol turnirinin adı dəyişdiriləcəkdir. Bunu Sverdlovsk vilayəti bədən tərbiyəsi, idman və turizm nazirinin müavini Andrey Salov bildirmişdir.
O demişdir ki, yarışların “Rusiyanın birinci Prezidenti Boris Yeltsinin xatirəsinə həsr olunmuş beynəlxalq voleybol turniri” adlandırılacağı gözlənilir. İdman dairələrində belə şayiə gəzir ki, B.Yeltsinin kuboku uğrunda yarışlar bu il keçirilməyə bilər.
Andrey Salov bu məlumatı təkzib edərək bildirmişdir ki, yarışlar planauyğun keçiriləcəkdir. İndi Sverdlovsk vilayətinin hökuməti turnirin keçirilməsinə dair qərar hazırlayır. Yarışlar iyunun 26-da Yekaterinburqda və Nijni Tagildə başlanacaqdır. Bundan əlavə, turnir Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin dövlət başçılarının 2009-cu ildə keçiriləcək zirvə görüşünün proqramına daxil edilmişdir. Hazırda müvafiq danışıqlar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]