Rustem Umerov: Ukrayna üçün əsl sülh və təminatlı təhlükəsizliyə nail olmağa çalışırıq
Kiyev, 30 noyabr, AZƏRTAC
ABŞ-da sülh planı üçün Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş keçirilir. Ukrayna tərəfi öz nəticələrini ölkə lideri Volodimir Zelenskiyə məruzə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə görüşdə iştirak edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov məlumat yayıb.
"Mən Ukrayna Prezidenti ilə daimi ünsiyyətdəyəm. Aydın göstərişlər və prioritetlər var: Ukraynanın maraqlarını qorumaq, əsaslı dialoq və Cenevrədə əldə olunmuş nailiyyətlər əsasında irəliləmək",- deyə Umerov qeyd edib.
Umerov bildirib ki, nümayəndə heyəti Ukrayna üçün əsl sülh və təminatlı təhlükəsizliyə nail olmağa çalışır. O əlavə edib ki, nümayəndə heyəti bütün görüşlərin nəticələrini birbaşa Ukrayna rəhbərinə təqdim edəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]