Rza Zeyniyev: Mədəni irs siyasət alətinə çevrilməməlidir
Evian, 14 yanvar, AZƏRTAC
Ədalətin bərqərar olmasını tələb edirik. Mədəni irsə qarşı vandalizm aktlarına son qoymaq lazımdır. Eviandakı “Azərbaycan bağı”, eləcə də şair Xurşidbanu Natəvanın heykəli qorunmalıdır.
Bu fikirləri Fransada azərbaycanlı şair Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına görə Evianda keçirilən etiraz aksiyasının iştirakçısı Rza Zeyniyev AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan əsilli fransızlar mədəniyyət abidələrinə hörmətlə yanaşdığı kimi digər mənşəli fransızlar da bizim mədəniyyət abidələrimizə hörmətlə yanaşmalıdırlar.
“Evian meriyası Xurşidbanu Natəvanın heykəlinə ziyan vurmuş cinayətkarları tapmalı və cəzalandırmalıdır. Mədəni irs siyasət alətinə çevrilməməlidir. Ədalət bərqərar olunmalıdır”, - deyə R.Zeyniyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]