Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycanda dekabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunundan 770 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Arabir duman, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 9-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 9-14° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, dağlarda 5-8° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° isti, gündüz 7-11° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Axşam dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 9-13° isti olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 8-12° isti, dağlarda gecə 2-4°, gündüz 6-8° isti olacaq.