Sabah bəzi yerlərdə yağış yağacaq
Bakı, 18 may, AZƏRTAC
Mayın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16° isti, gündüz 24-29° isti təşkil edəcək.
Mayın 19-u günün ikinci yarısından 21-dək Abşeron yarımadasında atmosfer təzyiqinin yüksələcəyi, güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Gecə 10-15° isti, gündüz 25-30° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Gecə 13-18° isti, gündüz 25-30° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Gecə 14-18° isti, gündüz 27-32° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi axşama doğru arabir güclənəcək. Gecə 15-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir.