Sabah hava əsasən yağmursuz keçəcək
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Gecə 3-8° isti, gündüz 20-25° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacağı, lakin günün birinci yarısında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacağı, lakin günün birinci yarısında qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında çiskin olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 11-16° isti olacağı gözlənilir.