Sabah Xorvatiyada cüdo üzrə Qran-Pri turniri start götürəcək
Bakı, 14 iyul, AZƏRTAC
Sabah Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə Qran-Pri turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Kişilər arasında Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Said Mollayi, Zelim Tçkayev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+ 100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə cüdoçularımız Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) güclərini sınayacaq.
Qran-Pri turniri 3 gün davam edəcək. Yarışda 69 ölkədən 500-dən çox idmançı iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]