“Sabah” yüksək dəstədə 20-ci böyükhesablı qələbəsini Qazanıb
Bakı, 26 yanvar, AZƏRTAC
“Sabah” Misli Premyer Liqasının XVII turunda “Karvan-Yevlax”a 4:1 hesabı ilə qalib gəlib.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə bu, Bakı klubunun yüksək dəstədə 20-ci böyükhesablı qələbəsi olub. Paytaxt təmsilçisi 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib.
“Sabah” 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadır. Onlar bu göstəricidə “ANS-Pivani”yə çatıb.
Qeyd edək ki, “Sabah” ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb. “Səbail”lə ev matçında 3 cavabsız qol vurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]
“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb
- 10.06.2026 [10:51]