“Sabahın alimləri” XII respublika müsabiqəsinə start verilir
Bakı, 22 sentyabr, AZƏRTAC
ABŞ-ın “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XII respublika müsabiqəsi keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Müsabiqə Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır. Müsabiqə çərçivəsində 8 (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) istiqamət üzrə elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunması hədəflərdən biridir.
Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri qazanan Azərbaycan məktəbliləri ISEF-də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:12]
Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub
- 13.10.2026 [14:03]
Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb
- 13.10.2026 [13:40]