“Sabah”ın oyunu ilə əlaqədar stadionun qarşısındakı mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb
Bakı, 25 avqust, AZƏRTAC
Avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah”-“Hapoel” oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.
Məhdudiyyətlə əlaqədar müntəzəm marşrutların, eləcə də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall”un qarşısındakı dayanacaqdan təşkil edilib.
Qeyd edək ki, oyun müddətinin uzadılmasından asılı olaraq metronun bağlanması ilə əlaqədar yaradılmış ekspres marşrutların iş saatı artırıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [18:02]
Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb
- 25.08.2026 [17:56]
Bakıda 66 yol ötürücüsü və körpüyə baxış keçirilib
- 25.08.2026 [17:16]
® “Azercell” qadınları dəstəkləyən müsabiqə elan edir
- 25.08.2026 [17:06]
Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb – QRAFİK
- 25.08.2026 [16:16]