Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb
Bakı, 25 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsində bu ilin yanvar-iyun ayları ərzində 3,3 milyon manatlıq məhsul istehsal edilib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb. Bundan başqa, Sənaye Məhəlləsində bu ilin ilk 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə məhsul ixracı 74 faiz artıb.
Sənaye Məhəlləsində hazırda 8 rezident fəaliyyət göstərir. Rezidentlər tərəfindən ümumilikdə 11,8 milyon manat investisiya yatırılıb, 100-dən çox iş yeri yaradılıb.
Qeyd edək ki, Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə yaradılıb. 20,3 hektar ərazini əhatə edən sənaye məhəlləsində məişət məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi və gübrə istehsalı əsas prioritet fəaliyyət istiqamətlərini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [17:56]
Bakıda 66 yolötürücüsü və körpüyə baxış keçirilib
- 25.08.2026 [17:16]
® “Azercell” qadınları dəstəkləyən müsabiqə elan edir
- 25.08.2026 [17:06]
Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb – QRAFİK
- 25.08.2026 [16:16]