SABİRABADDA REGİONAL SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə müvəkkil seçkilərin demokratik tələblərə uyğun keçirilməsinin vacibliyini qeyd etmiş, seçki hüququnun əhəmiyyətindən, onun insan hüquqları arasında yerindən danışmış, seçkilərin xalqın taleyinə ciddi təsir göstərən və hər bir dövlətin ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edən hadisə olduğunu bildirmişdir. O, ölkəmizin Prezidentinin ”Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Sərəncamının əhəmiyyətini vurğulayaraq, seçki hüququnun təmin edilməsi, seçkilərin azad və şəffaf keçirilməsi istiqamətində dövlət orqanlarının vəzifələrini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Müşavirədə rayon dairə və məntəqə seçki komissiyalarının sədrləri, icra hakimiyyəti, bələdiyyə və polis orqanlarının nümayəndələri seçkilərə hazırlığın vəziyyəti barədə məlumat vermişlər.
Tədbirin sonunda iştirakçılara hüquq ədəbiyyatı paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]