Şagirdlər üçün proqramlaşdırma və riyaziyyat üzrə “Qış onlayn-kvesti”nə qeydiyyat aparılır
Bakı, 16 dekabr, AZƏRTAC
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində şagirdlər üçün proqramlaşdırma və riyaziyyat üzrə “Qış onlayn-kvesti”nə qeydiyyat davam edir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qış onlayn-kvesti”nə qeydiyyat 8-11 və 12-15 yaş qrupları üzrə aparılır.
Yarışma dekabrın 25-də başlayacaq və 31-də yekunlaşacaq. Müsabiqədə şagirdləri maraqlı süjet xəttinə malik sərgüzəştlər gözləyir.
Xatırladaq ki, “Qış onlayn-kvesti”nə qeydiyyat noyabrın 16-dan başlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:57]
Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib
- 02.10.2026 [15:49]
ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub
- 02.10.2026 [15:36]
BMU “ADEX 2026”da 11 elmi-tədqiqat nəticəsi və innovativ həll təqdim edib
- 02.10.2026 [15:28]
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
- 02.10.2026 [14:48]
AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
- 02.10.2026 [14:25]