ŞAGİRDLƏRƏ MÜKAFATLAR TƏQDİM EDİLMİŞDİR
Tədbirin əvvəlində Junior Ashievement (JA) təşkilatının Azərbaycanda 2006-cı ildə fəaliyyəti haqqında icraçı direktor Vüsal Xanlarov məlumat vermişdir. ABŞ-ın ölkəmizdəki səfirinin müavini Coan Polasik Azərbaycan şagirdlərinin beynəlxalq müsabiqədə və proqramlarda qazandığı uğurları yüksək qiymətləndirmişdir. Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov, JA Azərbaycan Təşkilatı direktorlar şurasının üzvü Kerri Kosbi biznes yarışında və məktəblərdə iqtisadiyyatın tədrisi proqramının həyata keçirilməsini dəstəkləyən şirkətlərin nümayəndlərinə minnətdarlığını bildirmişdir.
Beynəlxalq iqtisadiyyat və biznes yarışında (HPGBC) üçüncü yeri tutmuş Bakı Zəngi Liseyinin iki şagirdinə və yay mövsümündə “Exxon Mobil”, “McDermott”, “Caspian Contractors”, “Statoyl Azerbaijan”, “KCA Deutag”, “Bank Nikoil” şirkətlərində “Peşə təcrübəsi proqramı”nda iştirak edən doqquz şagirdə, JA proqramına dəstək göstərən biznes şirkətlərinin nümayəndələrinə sertifikatlar və hədiyyələr təqdim olunmuşdur.