Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahbuz rayonunun Daylaqlı kəndi müasir yaşayış məntəqəsinə çevrilib

Şahbuz, 29 fevral, AZƏRTAC

Ölkəmizdə aparılan davamlı sosial-iqtisadi inkişaf hər bir şəhəri, rayonu və kəndi əhatə edib. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan sabitlik məkanıdır, inkişaf ölkəsidir. Bu gün Naxçıvan Muxtar Respublikasında da geniş tikinti-quruculuq işləri aparılır, yaşayış məntəqələrində insanların rahatlığına xidmət edən müasir infrastruktur yaradılır. Mövcud inkişaf və sabitlik kəndlərdə məskunlaşmanı artırır, insanların rifahı yüksəlir. Bu tədbirlər Şahbuz rayonunda da uğurla həyata keçirilir. Görülən quruculuq işlərindən sonra rayonun Daylaqlı kəndi muxtar respublikanın müasirləşən kəndlərinin sırasına daxil olub.

Daylaqlı kənd tam orta məktəbinin yeni binası

istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 29-da Daylaqlı kənd tam orta məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Tədbirdə məktəbin direktoru Yenibar Hüseynov çıxış edərək deyib ki, aparılan kompleks quruculuq və abadlıq işləri kəndin bugünkü və gələcək inkişafına təminat verir. Hər cür şəraiti olan müasir məktəb binasının tikilib istifadəyə verilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Çünki gələcək inkişafa yol açan mühüm sahələrdən biri təhsil, gənc nəslin təlim-tərbiyəsidir. Biz bunun mahiyyətini başa düşür və söz veririk ki, nizam-intizamı daha da möhkəmləndirəcək, pedaqoji işi günün tələbləri səviyyəsində quracaq, intellektli, vətənpərvər gənclər yetişdirəcəyik.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Daylaqlı kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara tədrisdə uğurlar arzulayaraq deyib: Ölkəmizdə təhsilə böyük diqqət göstərilir, bu sahənin maddi-texniki bazası möhkəmləndirilir. Çünki təhsil hər bir ölkənin gələcəyidir. Bu gün istifadəyə verilən Daylaqlı kənd tam orta məktəbi də ölkəmizin gələcəyinin təmin olunması sahəsində görülən işlərin davamıdır.

Ümummilli liderimiz Heydər Əliyevin “Məktəb Azərbaycanın gələcəyi üçün böyük məsuliyyət daşıyır” fikrini xatırladan Ali Məclisin Sədri deyib ki, ölkəmizin gələcəyinin təmin olunması sahəsində dövlətin üzərinə düşən vəzifələr uğurla yerinə yetirilir. Ölkəmizin hər yerində məktəblər tikilir, şagirdlərin yaxşı təhsil alması üçün müasir tədris şəraiti yaradılır, müəllim əməyi qiymətləndirilir. Bu gün istifadəyə verilən Daylaqlı kənd tam orta məktəbində də həm şagirdlər, həm də müəllimlər üçün lazımi şərait vardır.

Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin Sədri bunu tədrisin düzgün təşkilinin nəticəsi kimi dəyərləndirib, kollektivə təşəkkür edərək deyib: Daylaqlı kənd tam orta məktəbinin müəllim və şagirdləri yaradılan şəraitdən düzgün istifadə etməli, tədrisə və təlim-tərbiyəyə ciddi diqqət yetirilməli, müəllim hazırlığı lazımi səviyyədə olmalıdır. Əgər müəllim hazırlığı lazımi səviyyədədirsə, onda məktəbdə şagird hazırlığı, təhsilin səviyyəsi də yüksək olacaq, nailiyyətlər artacaqdır.

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb, onları yeni məktəbin istifadəyə verilməsi münasibətilə bir daha təbrik edib.

Sonra Ali Məclisin Sədri Şahbuz rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 16 şagirdə kompüter hədiyyə edib, məktəb binasında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, üçmərtəbəli məktəb binası 168 yerlikdir. Burada 14 sinif otağı, o cümlədən 3 elektron lövhəli sinif, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Məktəbin kitabxana fondu zənginləşdirilib, 1800-dən artıq ədəbiyyat və dərslik kollektivin istifadəsinə verilib.

Ali Məclisin Sədri məktəbin idman zalında olub, şagirdlərin fiziki inkişafı və sağlam böyüməsində idman dərslərinin əhəmiyyətini qeyd edib.

Ümumtəhsil məktəblərində elektron dərsliklərdən istifadə və distant dərslərin keçirilməsi üçün lazımi şərait yaradılır. Kompüter otağında 13 kompüter dəsti quraşdırılıb və internetə qoşulub, elektron lövhəli siniflər lazımi multimedia sistemləri və elektron dərsliklərlə təchiz olunub.

Elektron lövhəli sinifdə muxtar respublikanın 213 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Xalça Muzeyi arasında keçirilən distant dərs izlənilib, şagirdlərə qədim xalçaçılıq sənəti haqqında ətraflı məlumat verilib.

Fənn laboratoriyalarının müasir təchizatı fizika, kimya və biologiya dərslərinin səmərəli təşkilinə imkan verəcəkdir. Müasir şahmat sinfi və hərbi kabinə isə şagirdlərin zehni inkişafına və vətənpərvər böyüdülməsinə hesablanıb.

Şahmat sinfinə baxış zamanı məlumat verilib ki, məktəbin şagirdləri bu idman növünə böyük maraq göstərir. Şahmat üzrə keçirilən rayon birinciliyində məktəbin 4-cü sinif şagirdi Sinan Məhərrəmli qalib olub.

Ali Məclisin Sədri gənclərin zehni inkişafında şahmatın əhəmiyyətini qeyd edib, ümumtəhsil məktəbləri şagirdləri arasında şahmat üzrə rayon və muxtar respublika çempionatlarının keçirilməsini tapşırıb.

Sonra müəllimlərlə görüş olub.

Müəllim Əli Mirzəyev deyib ki, məktəbimizdə bu günədək belə müasir tədris şəraiti olmayıb. İstifadəyə verilən yeni məktəb binası müəllim, şagird və valideynlərin arzularını reallığa çevirdi. Məktəb binası qarşıdan gələn Novruz bayramı ərəfəsində kollektivimizə ən dəyərli hədiyyədir. Müəllim peşəsi müqəddəsdir. Ölkəmizdə bu ad uca tutulur, müəllim əməyinə yüksək qiymət verilir. Müasir tədris şəraitinin yaradılması gələcəyimizə hesablanmış tədbir olmaqla yanaşı, həm də müəllim əməyinə verilən yüksək qiymətdir. Bu diqqət və qayğının müqabilində səylərimizi daha da artıracaq, bilikli və vətənpərvər gənclər yetişdirəcəyik.

Ali Məclisin Sədri deyib ki, hər bir ölkənin davamlı inkişafı təhsilli və vətənpərvər gənclərin yetişdirilməsindən başlayır. Bu iş məktəblərdə həyata keçirilir. Lakin ölkənin gələcəyini hazırlamaq yalnız məktəb kollektivinin üzərinə düşən vəzifə deyil. Bu məsələ cəmiyyətin hər bir üzvünü düşündürməlidir. Müəllimlərin fəaliyyəti təkcə məktəblə məhdudlaşmamalı, məktəb-ailə, müəllim-şagird-valideyn münasibətləri düzgün qurulmalı, məktəblər şagird yetişdirməklə yanaşı, eyni zamanda kəndin ziyalı mərkəzinə çevrilməlidir. Daylaqlı kənd tam orta məktəbində perspektiv nəzərə alınıb, şagirdlərin yaxşı oxuması və sağlam böyüməsi üçün hər cür şərait yaradılıb. Ötən il məktəbi bitirən məzunlar ali məktəblərə, 9-cu sinif bazasından orta ixtisas məktəbinə və Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunublar. Bu da onu göstərir ki, məktəbdə təhsilli şagirdlərlə yanaşı, vətənpərvər gənclər də yetişdirilir. Müəllimlər bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, məktəbdə vətənpərvər və savadlı gənclər yetişdirilməlidir.

Məktəbin həyətində də geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, açıq idman qurğuları qoyulub.

Daylaqlıda yeni kənd mərkəzi

inşa olunub

Fevralın 29-da Daylaqlı Kənd Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, iki mərtəbədən ibarət olan binada dövlət qurumları üçün nümunəvi iş şəraiti yaradılıb. Mərkəzdə rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün iş otaqları, klub və iclas zalı vardır. Kitabxanada 4630 ədəbiyyat oxucuların istifadəsinə verilib. Rabitə evində poçt bölməsi yaradılıb, dövri mətbuat, internet və danışıq kartlarının satışı təşkil olunub. Fiber-optik xəttin çəkilməsi və yeni ATS-in qurulması Daylaqlı və Kiçikoba kəndlərinin əhalisinə keyfiyyətli rabitə və sürətli internet xidmətinin göstərilməsinə imkan verir.

Baytarlıq məntəqəsində xidmətin təşkili üçün lazımi şərait yaradılıb. Bildirilib ki, baytarlıq xidməti işçiləri mal-qaranın baş sayının artırılmasını, cins tərkibinin yaxşılaşdırılmasını və sağlamlığının qorunmasını diqqət mərkəzində saxlayırlar.

Yeni Azərbaycan Partiyası Daylaqlı və Kiçikoba kənd ərazi ilk təşkilatının sədri Nihad Quliyev deyib ki, bu gün ərazi ilk təşkilatında gənclər üstünlük təşkil edir və onların sayı ilbəil artır. Bu da ölkəmizin bugünkü inkişafının, hər bir kənddə aparılan kompleks quruculuq işlərinin, insanların rahat yaşayışı üçün yaradılan şəraitin nəticəsidir.

Feldşer-mama məntəqəsi 4 otaqdan ibarətdir. Otaqlar təyinatına uyğun tibbi avadanlıqlarla təchiz olunub. Məntəqədə sakinlərə ilkin tibbi yardımın göstərilməsi və mütəmadi profilaktik tədbirlərin görülməsi üçün lazımi şərait yaradılıb, dərman preparatları qoyulub.

Ali Məclisin Sədri ahıl insanların, hamilə qadınların və uşaqların vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsinin əhəmiyyətini vurğulayıb.

44 yerlik iclas zalı kənddə müxtəlif tədbirlərin keçirilməsinə imkan verəcəkdir.

Daylaqlıda yeni xidmət mərkəzi

istifadəyə verilib

Fevralın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Daylaqlı kəndində yeni xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Burada 5 nəfər işlə təmin olunub.

Sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşüb.

Ali Məclisin Sədri deyib: Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Daylaqlı və Kiçikoba kəndlərini əhatə edir. Aparılan quruculuq işlərindən sonra Daylaqlı kəndinin siması tamamilə dəyişmişdir. Kənddə məktəb binası, kənd və xidmət mərkəzləri tikilmiş, geniş abadlıq işləri görülmüşdür. Digər tərəfdən muxtar respublikada həyata keçirilən su-kanalizasiya layihələri çərçivəsində Daylaqlı kəndindəki mənzillər də keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Bütün bunlar sakinlərin rahatlığına hesablanmış tədbirlərdir. Rahat şərait isə yaxşı əhval-ruhiyyə və məskunlaşmanın artması deməkdir. Həmçinin kəndin təbii şəraiti, rayon mərkəzinə və Naxçıvan şəhərinə yaxın məsafədə yerləşməsi imkan verir ki, kənd adamları yetişdirdikləri məhsulları bazarlara rahat çıxarsınlar. Bütün bunların müqabilində sakinlər qarşıda duran vəzifələri yerinə yetirməli, qurulanlar qorunmalı, kənd daha da abadlaşdırılmalı, yaşıllıqlar artırılmalıdır.

Ali Məclisin Sədri muxtar respublikanın kəndlərinin abadlaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib, sakinləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Sakinlər adından minnətdarlıq edən İsmayıl İsmayılov deyib ki, ölkəmiz inkişaf etdikcə sakinlərin yaşayış səviyyəsi də yüksəlir. Aparılan quruculuq işləri Daylaqlı kənd sakinlərinin böyük sevincinə səbəb olub. Yaşadığımız bu sevinci sözlə ifadə etmək çətindir. Kənddə qısa müddət ərzində aparılan quruculuq işləri bütün sahələri əhatə edib. Əhalinin içməli və suvarma suyuna olan tələbatı tam ödənilir. Fasiləsiz elektrik enerjisindən, təbii qazdan və rabitə əlaqəsindən istifadə edirik. Sakinlər göstərilən qayğının müqabilində səylə çalışacaq, təsərrüfatlarını genişləndirəcək, ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.

* * *

Kənddə avtomobillərin rahat hərəkəti təmin olunub, 4 kilometrlik kənddaxili yollar yenidən qurulub, 7 su keçidi qoyulub, beton kanal çəkilib. Rabitə və elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 1100 metr məsafədə fiber-optik, 1270 metr rabitə və 3 kilometr yeni elektrik xətti çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb