Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahbuz şəhər 2 nömrəli tam orta məktəbinin binası istifadəyə verilib

Naxçıvan, 27 oktyabr, AZƏRTAC

Təhsil islahatları Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Son illər bu istiqamətdə görülən tədbirlər nəticəsində yüzlərlə məktəb binası tikilib və ya əsaslı təmir olunub. Ardıcıl xarakter alan bu quruculuq prosesi Şahbuz rayonunu da əhatə edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 27-də Şahbuz şəhər 2 nömrəli tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə məktəbin direktoru Əvəz Həsənov çıxış edərək deyib ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində ən müasir məktəb binaları tikilib istifadəyə verilir. Təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, pulsuz dərsliklərlə təmin olunur, pedaqoji kollektivin fəaliyyəti üçün hərtərəfli şərait yaradılır. Müasir məktəb binasının tikilib istifadəyə verilməsinin “Muxtariyyət ili”ndə onlar üçün ən qiymətli hədiyyə olduğunu bildirən Əvəz Həsənov kollektiv adından minnətdarlıq edib, gənclərin yaxşı təhsil alması üçün bundan sonra da səylə çalışacaqlarını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz şəhər 2 nömrəli tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın gələcəyinə xidmət edir. Hər bir ölkənin gələcəyinin necə olacağını görmək üçün ilk növbədə onun gəncliyinə nəzər salmaq lazımdır. Təhsilli, vətənpərvər, intellektli və müasir dünyagörüşlü gənclər isə məktəblərdə yetişir. Bu məsələnin vacibliyini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev istər ötən əsrin 70-ci illərində, istərsə də müstəqillik dövründə təhsilin inkişafına xüsusi diqqət yetirib, ölkəmizdə təhsil infrastrukturu müasirləşdirilib, Azərbaycanın gələcəyinə xidmət edən təhsil strategiyası müəyyənləşdirilib. Dahi şəxsiyyət təhsilin cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək deyib: “Cəmiyyətdə hər şey məktəbdən, təhsildən başlanır”.

Ali Məclisin Sədri deyib: Müasir dövrdə cəmiyyətin tərəqqisi təhsilin inkişafı ilə sıx bağlıdır. O ölkələr gələcəyi olan ölkə hesab olunur ki, orada vətənpərvər və təhsilli gənc nəsil yetişir. Ona görə də pedaqoji kollektivlərin üzərinə mühüm vəzifələr düşür. Müəllimlər tələbkar olmalı, gənclərin təhsilli və vətənpərvər ruhda tərbiyə olunmalarına diqqəti artırmalıdırlar. Şagirdlər yaradılan şəraitdən səmərəli istifadə etməli, vətənpərvər və çalışqan olmalı, bunu tədrisdə qazandıqları nailiyyətlərlə sübut etməlidirlər. Ölkəmizdə bu vəzifələri yerinə yetirmək üçün hər cür şərait yaradılıb. Hər il müasir avadanlıqlarla təmin olunmuş məktəb binaları tikilərək istifadəyə verilir. Bütün bunlar isə Ulu Öndərimizin təhsil sahəsində qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir.

Ali Məclisin Sədri deyib: Şahbuz şəhər 2 nömrəli tam orta məktəbinin nailiyyətləri nümunə gücündədir. Məktəbin qazandığı bu uğurlar tədrisin düzgün qurulması, nizam-intizamın və tələbkarlığın yüksək səviyyədə olmasının nəticəsidir. Kollektiv bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməli, məktəbdə tədrisin səviyyəsi daha da yüksəldilməlidir.

Ali Məclisin Sədri qazanılan uğurlara görə məktəbin kollektivinə təşəkkürünü bildirib, Şahbuz rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə edib.

Sonra Ali Məclisin Sədri rəmzi açılışı bildirən lent kəsib, sinif otaqlarında və fənn kabinələrində yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, məktəb binası 216 şagird yerlikdir. Üçmərtəbəli təhsil ocağında 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompyuter, şahmat və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı var. Üç minə yaxın dərslik və bədii ədəbiyyat fondu olan kitabxanada internet vasitəsilə digər elektron kitabxanalara da müraciət etmək mümkündür.

Kompyuter otağında hər biri internetə qoşulmuş 19 kompyuter dəsti var. Məktəbdə yaradılan fənn laboratoriyaları da müasir tədris-təcrübə avadanlıqları ilə təmin edilib. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə dərslərin və təcrübə məşğələlərinin müasir metodlar səviyyəsində keçirilməsinə şərait yaradacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2014-cü il 20 avqust tarixli Sərəncamına əsasən görkəmli pedaqoq, şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyi muxtar respublikada silsilə tədbirlərlə qeyd olunur, görkəmli ədibin maarifçilik ideyaları geniş təbliğ edilir. Məktəbin elektron lövhəli sinfində muxtar respublikanın distant tədris şəbəkəsinə qoşulmuş 97 ümumtəhsil məktəbi ilə Ədəbiyyat muzeyi arasında videobağlantı qurulub, “Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı” mövzusunda dərs tədris olunub.

Bu il məktəbin 1-ci sinfinə 15 şagird qəbul olunub. Ali Məclisin Sədri məktəbə ilk dəfə qədəm qoyan birinci sinif şagirdlərinin tədris prosesi ilə maraqlanıb.

Baxış zamanı qeyd edilib ki, təhsil sahəsinə göstərilən diqqət və qayğı bu məktəbin də uğurlu nəticələr əldə etməsinə səbəb olub. Məktəbin məzunlarından 7-si ali məktəblərə, 1 şagird 9-cu sinif bazasından orta ixtisas məktəbinə qəbul olunub. Tələbə adını qazanan məzunlardan 4-ü 500-700 intervalında bal toplayıb. Yaradılan müasir şərait tədrisin səmərəli təşkilinə və daha böyük uğurların qazanılmasına imkan verəcək.

Şahbuz şəhər 2 nömrəli tam orta məktəbindəki şahmat sinfi lazımi avadanlıqlarla təmin olunub. Bildirilib ki, “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na əsasən muxtar respublikada da bu istiqamətdə ardıcıl tədbirlər görülür, şəhər və rayon mərkəzlərində yeni şahmat məktəbləri tikilərək istifadəyə verilir. Artıq muxtar respublikanın ümumtəhsil məktəblərində şagirdlərin əqli inkişafı və asudə vaxtlarının səmərəli təşkili məqsədilə şahmat fənni tədris olunur.

Gələcəyimiz olan uşaqların bilikli, zəngin dünyagörüşünə malik olması ilə yanaşı, onların fiziki sağlamlığının qorunması və vətənpərvər ruhda böyüməsi də bu gün ümumtəhsil məktəbləri qarşısında duran ən mühüm vəzifələrdəndir. Buna görə də məktəbdə geniş idman zalı və hər cür ləvazimatlarla təchiz olunan hərbi kabinə istifadəyə verilib.

Şahbuz şəhər 2 nömrəli tam orta məktəbində şagirdlərin qədim adət-ənənələrimizə və milli dəyərlərimizə sadiq ruhda böyüdülməsi diqqət mərkəzində saxlanılır. “Əmək təlimi” dərslərində qızlara tikmə və toxuculuq sənətinin sirləri öyrədilir.

Pedaqoji kollektivlə görüşən Ali Məclisin Sədri deyib ki, ölkənin tərəqqisi təhsildən, məktəbin inkişafı isə müəllimlərin fəaliyyətindən asılıdır. Yaradılan şərait məktəbdə tədrisin günün tələbləri səviyyəsində qurulmasına imkan verəcək. Şahbuz şəhər 2 nömrəli tam orta məktəbi uğurlu nailiyyətləri ilə seçilir. Kollektiv daha da fəal olmalı, gənc nəslin əsl vətəndaş kimi yetişdirilməsinə səy göstərməlidir.

Məktəbin müəllimi Rauf Bağırov deyib: Təhsil o zaman inkişaf edir ki, ona dövlət qayğısı göstərilir. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda müasir təhsil infrastrukturu yaradılıb. İstər şəhər və rayon mərkəzlərində, istərsə də ən ucqar dağ kəndlərində yeni məktəb binaları tikilərək istifadəyə verilir. Bütün bunlar da müəllimləri daha səylə işləməyə, intellektli, vətənpərvər və yüksək təhsilli gənclər yetişdirməyə ruhlandırır.

Məktəb binasının həyətində də abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Şahbuz şəhərində dövlət qurumları yeni

binada fəaliyyət göstərəcək

Şahbuz şəhəri bu gün füsunkar təbiəti və gözəl havası ilə yanaşı, həm də müasir şəhərsalma infrastrukturu ilə diqqəti cəlb edir. Aparılan quruculuq tədbirləri, istifadəyə verilən yeni sosial obyektlər və inzibati binalar rayon mərkəzi olan Şahbuz şəhərinin müasir şəhərsalma prinsiplərinə uyğun qurulmasına səbəb olub.

Oktyabrın 27-də Şahbuz şəhər mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəmzi açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 2 mərtəbədən ibarət binada rabitə evi, kitabxana, polis sahə məntəqəsi, Yeni Azərbaycan Partiyası Şahbuz şəhər ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və klub fəaliyyət göstərəcək.

Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün otaqlarda nümunəvi iş şəraiti yaradılıb. Baxış zamanı Ali Məclisin Sədri Şahbuz şəhərinin abadlaşmasında inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyənin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı müvafiq tapşırıqlar verib.

Rabitə evində 512 yerlik 2 nömrəli ATS quraşdırılıb. Poçt bölməsində də lazımi şərait yaradılıb.

Mərkəzdə 6 min 558 kitab fonduna malik kitabxana və 55 yerlik iclas zalı var. Yeni Azərbaycan Partiyası Şahbuz şəhər ərazi ilk təşkilatı üçün ayrılmış iş otağı mərkəzin ikinci mərtəbəsində yerləşir. Məlumat verilib ki, ərazi ilk təşkilatının 409 üzvü var. Onlardan 144-ü gənc, 225-i isə qadındır.

Binada Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şahbuz rayon şöbəsi üçün də iş otaqları ayrılıb.

Ali Məclisin Sədri bina ilə tanışlıqdan sonra Şahbuz şəhər sakinləri ilə görüşüb.

Şahbuz şəhər sakini Xanlar Səfərəliyev deyib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davam etdirilməsi ölkəmizi inkişaf və tərəqqiyə qovuşdurub. Muxtar respublikamızda da bu işlər uğurla həyata keçirilir. Bütün yaşayış məntəqələri müasir görkəmi ilə seçilir. Dağlar qoynunda yerləşən Şahbuz rayonuna da bu inkişafdan pay düşüb. İstər ucqar dağ kəndlərində, istərsə də rayon mərkəzi olan Şahbuz şəhərində insanların yaşaması, işləməsi üçün bütün şərait var. Hər il istifadəyə verilən yeni sosial obyektlər, çəkilən yollar, açılan iş yerləri insanların torpağa bağlılığını, onların qurub-yaratmaq əzmini daha da artırır. Xanlar Səfərəliyev sakinlər adından minnətdarlıq edib.

Ali Məclisin Sədri həyata keçirilən quruculuq işləri münasibətilə sakinləri təbrik edib, görülən bu işləri ölkəmizin iqtisadi qüdrətinin və mövcud sabitliyin nəticəsi kimi dəyərləndirərək deyib: 2007-ci ildə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən rayon mərkəzinə şəhər statusu verilib. Bu dövrdən başlayaraq burada kompleks quruculuq işləri aparılıb, şəhərin ərazisi genişləndirilib. Dəniz səviyyəsindən 1355 metr yüksəklikdə yerləşən Şahbuz şəhərində əməkhaqqına əlavə 10 faiz ödənilir. Aparılan quruculuq işləri şəhərə müasir görkəm verməklə yanaşı, həm də əhalinin rahat yaşayışına xidmət edir. Bu gün şəhərdə yeni məktəb binası, dövlət strukturları üçün müasir bina istifadəyə verildi. Hazırda şəhərdə içməli su və kanalizasiya sistemləri də yenidən qurulur. Bütün bunlar sakinlərin problemlərinin vaxtında həllinə, eləcə də onların asudə vaxtlarının səmərəli təşkilinə imkan verəcək. Sakinlər də yaradılanların qədrini bilməli, gənc nəslin dövlətimizə sədaqət ruhunda böyüməsinə diqqəti artırmalıdırlar.

* * *
Həmin gün Ali Məclisin Sədri Şahbuz şəhərində aparılan abadlıq işləri ilə də maraqlanıb.

Məlumat verilib ki, şəhərdə geniş quruculuq işləri aparılıb, yol infrastrukturu tamamilə yenilənib, şəhərdaxili 2 kilometr yola yeni asfalt örtük salınıb. Həmçinin yol üzərindəki körpü genişləndirilərək təmir olunub, 3 suötürücü tikilib. Şəhərdə 3 min 800 metr fiber-optik kabel, 3 min metr məsafədə elektrik xətti, 180 metr yeraltı kabel çəkilib, müasir işıqlandırma sistemi qurulub. Bundan başqa, 120 metr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeri dəyişdirilib, yeni tikililərə 460 metr uzunluğunda qaz xətti çəkilib.

Ali Məclisin Sədri şəhərdə abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-şərq” festivalı təşkil olunub

Dünya Bankı: Trans-Xəzər dəhlizinə sərmayələr iqtisadi inkişafı dəstəkləyəcək və milyonlarla iş yer açacaq

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram