ŞAHBUZDA ŞƏHİDLƏRİN XATİRƏSİNƏ ABİDƏ UCALDILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərimizin xatirələri daim əziz tutulur.
Şahbuz qəsəbəsində yeni xatirə abidəsinin ucaldılması bu torpağın 20 şəhid övladına böyük ehtiramın nümunəsidir. Qəsəbənin 28 may küçəsində, 5,5 metr hündürlükdə ucaldılan abidənin tikintisi rayon kommunal müəssisələri kombinatının inşaatçıları tərəfindən aparılır.