Şahbuzdа tibb müəssisələrinin rəhbərləri ilə mülki müdаfiə məşğələsi təşkil olunub
Şahbuz, 7 yanvar, AZƏRTAC
Muхtаr rеspublikаnın Fövqəlаdə Hаllаr Nаzirliyi tərəfindən mааrifləndirmə, təbliğаt və təşviqаt sаhələrində həyаtа kеçirilən tədbirlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmin tədbirlərin davamı olaraq Şahbuz rаyоnundа tibb müəssisələrinin rəhbərləri ilə mülki müdаfiə məşğələsi keçirilib.
Məşğələdə Fövqəlаdə Hаllаr Nаzirliyinin bölmə rəisi, mayor Rəcəb Səfərov “Naxçıvan Muxtar Respublikasında tibb xidmətinin təşkili” mövzusunda iştirakçılara ətraflı məlumat verib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Nazirliyin baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov mülki müdafiənin daşınan əmlakı, yəni, fərdi mühafizə vasitələri, cihazları, texniki vasitələr və xüsusi əmlak haqqında, radioaktiv, kimyəvi və bioloji zədələnmə ocaqlarında ilk yardım dəstəsinin açılmasına qoyulan tələblər və fəaliyyətin təşkili, yanğın təhlükəsizliyi qaydaları haqqında tibb müəssisələrinin rəhbərlərinə məlumat verib.
Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin bölmə rəisi, daxili xidmət mayoru Adəm Kərimov səhiyyə müəssisələrində və yaşayış yerlərində yanğın təhlükəsizliyi qaydaları, qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları, dəm qazının yaranma səbəbləri haqqında iştirakçıları məlumatlandırıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzulara uyğun slayd və videomateriallar əyani olaraq göstərilib.