Şahdağ Milli Parkı son illər ən çox maraq doğuran məkana çevrilmişdir
Bakı, 12 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi milli parklara turistlərin səfərlərini təşkil edən və ya yüksək dağlıq ərazilərə yürüşlər keçirən qurumlarla əməkdaşlıqda maraqlıdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2011-2013-cü illərdə müxtəlif idman və turizm profilli qurumların bütün müraciətlərinə baxılaraq müsbət cavablandırılmışdır.
Şahdağ Milli Parkı son illər ən çox maraq doğuran məkana çevrilmiş və turizm baxımından birinci olan Şirvan Milli Parkını geridə qoymuşdur. Ümumilikdə Şirvan Milli Parkına 2012-2013-cü illərdə 3 min 182 vətəndaş daxil olmuşdur ki, bunlardan da 172 nəfəri xarici ölkələrdən gələndir.
Parkın hesabına bu müddət ərzində 14 min 170 manat vəsait daxil olmuşdur. Hələlik bu vəsait xərclənməmişdir. Vəsaitin böyük hissəsi isə idmançılarımızın və xarici ölkələrdən gələn dağçı qonaqların müxtəlif zirvələrə qalxması üçün Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən ödənilən giriş haqlarından ibarətdir. Bu məbləğ 9 min 180 manat təşkil edir. Qalan 4 min 990 manat isə müstəqil şəkildə parka daxil olan yerli və xarici vətəndaşlar, turizm və idman yönlü təşkilatlar tərəfindən ödənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]