Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahin İsmayılov: Həyata keçirilən sosial paketlər xalq-Prezident birliyini daha da möhkəmləndirir

Şahin İsmayılov: Həyata keçirilən sosial paketlər xalq-Prezident birliyini daha da möhkəmləndirir

Bakı, 11 avqust, Əsəd Məmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin 2019-cu ilin əvvəllərindən sistemli şəkildə həyata keçirdiyi sosial siyasət inqilabi xarakter daşıyır və əhalinin böyük bir hissəsini əhatə edir. Bu, dövlətimizin başçısının 2018-ci ildə keçirilən prezident seçkilərindən əvvəl verdiyi vədlərlə tam olaraq üst-üstə düşür.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, Azərbaycan əhalisinin sosial rifahının yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsas istiqamətini təşkil edir. Hər zaman çıxışlarında ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bildirən dövlətimizin başçısı daim bu sahəyə xüsusi həssaslıqla yanaşaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün müvafiq fərman və sərəncamlar imzalayıb. Təbii ki, 2019-cu ilin əvvəllərindən imzalanan sərəncam və fərmanlar da insanların sosial rifah halının yüksəldilməsinə xidmət edir və inqilabi xarakter daşıyır.

“Əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, minimum əməkhaqlarının, müavinətlərin artırılması, problemli kreditlər məsələsinin həlli və bu qəbildən olan digər qərarlar əhali tərəfindən olduqca müsbət qarşılandı. Heç şübhəsiz ki, bütün bunlar əhalinin gəlirlərinin artmasını, sosial vəziyyətinin yaxşılaşmasını təmin edir”, - deyə Şahin İsmayılov vurğulayıb.

Azərbaycan əhalisinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevi, dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiyini bildirən Milli Məclisin deputatı qeyd edib ki, reallaşdırılan son sosial paketlər xalq-Prezident birliyini daha da möhkəmləndirir. “Əfsuslar olsun ki, hər zaman ölkəmizdə inqilabi sərəncamlar, fərmanlar imzalananda, müxtəlif uğurlar qazanılanda radikal müxalifət bu nailiyyətlərə, əhalinin rifah halının daha da yaxşılaşması istiqamətində görülən işlərə qısqanclıqla yanaşaraq, həqiqəti əks etdirməyən, şər-böhtan xarakterli, absurd fikirlərlə çıxış edir. Bu insanlar müxtəlif qarayaxma kampaniyaları ilə ölkəmizdəki xalq-iqtidar birliyini sarsıtmağa çalışırlar. Bu çirkin kampaniyalardan biri də Azərbaycan polisinə qarşı müşahidə olunur. Sosial şəbəkələrin imkanlarından istifadə edərək Azərbaycan polisini xalqın gözündən salmağa cəhdlər edilir. Lakin əminəm ki, onların bu çirkin əməlləri hər zaman olduğu kimi, yenə də heç bir nəticə verməyəcək. Çünki hər kəs bilir ki, Azərbaycan polisi öz vəzifə səlahiyyətlərini qanunlar çərçivəsində, peşəkarlıqla icra edir, ölkəmizdə asayişin keşiyində dayanır, fəaliyyətini yüksək səviyyədə davam etdirir”,- deyə deputat vurğulayıb.

Ötən 6 ayda Azərbaycanda kənd təsərrüfatı sahəsində də ciddi uğurların qazanıldığını diqqətə çatdıran Şahin İsmayılov bildirib ki, Azərbaycan bu sahəyə verdiyi dövlət dəstəyi baxımından dünyada nadir ölkələrdəndir. Kənd təsərrüfatı avadanlıqlarının alınması, müxtəlif subsidiyaların verilməsi və digər bu kimi digər addımları misal olaraq göstərmək olar. Hesab edirəm ki, kənd təsərrüfatı sahəsinə göstərilən diqqət, kəndlilər üçün yaradılan şərait yaxın gələcəkdə öz müsbət nəticələrini daha çox verəcək. Əlbəttə ki, artıq kəndlinin torpağa qayıtması bu sahədə əldə olunan ən böyük uğurdur. Bu gün insanlar torpaqdan daha səmərəli istifadə etməyə çalışırlar.

“Son müşavirədə dövlətimizin başçısının toxunduğu vacib məsələlərdən biri də süni qiymət artımı ilə bağlı məsələdir. Təəssüf ki, bəzən süni şəkildə qiymət artımının şahidi oluruq. Əlbəttə ki, bu hal ayrı-ayrı işbazların yanaşmalarının nəticəsində meydana çıxır. Bununla yanaşı, Azərbaycana idxal olunan məhsulların qiymətlərində müşahidə olunan artım həm də beynəlxalq bazarda baş verən dəyişikliklərlə bağlıdır. Bəzi qüvvələr bu məsələni də şişirdərək nəyəsə nail olmağa çalışırlar. Çünki onların başqa yolları yoxdur. Bu gün Azərbaycan sürətlə inkişaf edir, vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul olunur. Onların isə başqa yolları qalmadığından məişət siyasətinə əl atmağa çalışırlar. Yəni, ən xırda məsələləri qabardaraq, siyasiləşdirməyə cəhd edirlər. Əlbəttə ki, bu mənasız addımlar həm də qeyri-peşəkarlığın göstəricidir. Bu gün Azərbaycanda Prezident ilə xalqın möhkəm və sarsılmaz birliyi mövcuddur və son qərarlar bu birliyi daha da gücləndirir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb