Sakit okeanda dünyanın ən böyük mərcanı aşkarlanıb
Bakı, 16 noyabr, AZƏRTAC
Tədqiqatçılar Sakit okeanın cənub-qərbində dünyanın ən böyük mərcanını aşkar ediblər.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, mərcanın diametri 32 metr, hündürlüyü isə 5,5 metrdir. O, “National Geographic Pristine Seas” komandasının dəniz alimləri tərəfindən Solomon adalar qrupunun yaxınlığında aşkarlanıb.
Alimlərin sözlərinə görə, mərcan təxminən 1 milyard polip şəbəkəsindən ibarətdir, yaşı isə 300-500 il diapazonu arasındadır. “National Geographic” tədqiqatçısı Enrik Sala tapıntını mühüm elmi kəşf adlandırıb. Komanda mərcanın yaxşı vəziyyətdə olduğunu bildirsə də, qlobal istiləşmənin təsirlərindən sığortalanmadığı barədə xəbərdarlıq edib.
Sonrakı araşdırmalar göstərib ki, mərcan bir neçə dəniz heyvanı növü üçün mühüm sığınacaq və çoxalma yeridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [23:27]
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir
- 28.10.2026 [21:51]
Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib
- 28.10.2026 [19:01]
İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib
- 28.10.2026 [18:47]
“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək
- 28.10.2026 [17:57]